Self study IELTS 2

Müəllimsiz IELTS balı almağın yolları

Məqalənin ilk hissəsini buradan oxuya bilərsiniz.

Listening: Bir çox tələbəyə görə ən asan və həqiqətən də elə olan, sırf practise'lə artırıb, rahatlıqla 7+ bal yığa biləcəyiniz section. Bu section haqqında sizə ümumi məlumatı, hər sual tipini necə cavablandırmaq lazımdır, suallara baxan zaman əsas nəyə diqqət etməli, vaxtı necə idarə etməli və digər sualların cavabını UDEMY Listening Course verəcək. 24 video və kiçik həcmli 3 pdf kitabdan ibarət bu dərsliyin lükləmə linki də var pdf faylda. İlk işiniz section və sual nümunələri haqqında məlumat almaq üçün bu videolara baxmaq olacaq. Paralel olaraq kursun içərisində "The 1200 most commonly repeated words in Listening" adlı pdf kitabdakı sözləri hər gün bacardığınız qədər çox öyrənməyə başlayacaqsınız. "IELTS Listening Spelling List" adlı kitab da var, ona dəyməyin hələki ordakı sözləri Cambridge kitabındakı Listeningləri edib bitirəndən sonra baxacaqsınız. Videolara baxıb bitirdikdən sonra (və ya baxa baxa paralel də edə bilərsiz) başlayırsız Cambridge 5 kitabından ilk Listening testini etməyə, nəyə görə 5 ? Çünki ilk kitablardakı testlər mənə görə biraz "out of date" testlərdir. 5-dən 13-ə qədər ardıcılıqla davam edin Cambridge kitablarındakı Listeningləri etməyə daha sonra keçin “Recent Actual Tests” kitabındakı Listeningləri etməyə və sonda vaxtınız qalsa,  böyük ehtimal qalacaq və qayıdıb Cambridge-in ilk 4 kitabına baxarsız. Dediyim kimi sırf practiselə artıracaqsız Listening balınızı hər gün ən azı 2 test edin və yuxarıda qeyd etdiyim kitablardakı testlərlə kifayətlənməyin Youtube-da yetəri, hətta daha artıq Listening testləri var və əlavə olaraq onlara da baxın.

Testlərdən kənar sizə Listeninginizin inkişafında kömək edəcək yöntəmlər deyim: yuxarıda qeyd etdim ki, Amerikan seriallarına, Tedx videolarına baxın deyə, ora musiqi dinləməyi də əlavə edin. Musiqi dinləmək həyatımın ayrılmaz bir parçasıdır deyirsinizsə Listening tam sizlikdir, amma "Üzeyir - Kəsəcəm Damarlarımı"-ya qulaq asmamaq şərti ilə. İngilis dilində çoxlu mahnılar dinləyin. Deyək ki, yolla gedirsiniz, və ya evdə yemək bişirirsiniz, və ya digər bir məşğuliyyət, qulaqcığı taxın qulağınıza qoy oxusun. Bu sizin beyninizin sözləri alqılama qabiliyyətini inkişaf etdirəcək. Başa düşməyiniz şərt deyil, qoy oxusun sadəcə sözlər beyində alqılansın. Filmə baxanda da bunu nəzərə alın, filmin məzmununu başa düşməyiniz şərt deyil, filmə baxanda onu tərcümə edib başa düşməyə çalışmayın sadəcə baxın necə ki uşaq cizgi filmə səslər və görüntü ahəngində baxır, siz də filmə elə baxın, səhnə və danışıqlar getsin, siz sadəcə dinləyin və baxın. Bu istər-istəməz sizin Listening bacarığınızı artıracaq. Və sonda bir application da məsləhət görüm Listeningi bitirək, BBC Learning English bu proqramı yükləyin telefonunuza, orda 6 dəqiqəlik IELTS mövzularına çox yaxın mövzularda dialoqlar olur və hər gün onların bir neçəsini dinləyin.

Reading:  Bəzi tələbələrə görə çox çətin, bəzilərinə görə isə çox asan olan bir section. Mənə ilk başlarda çox çətin gəlmişdi, zamanla artırdım, hətta imtahandan 1 həftə əvvələ qədər nəticələrim 33-38 arası dəyişirdi, amma imtahanda hüsran yaşadım. Tərslikdən tam imtahan günü qrip oldum və 38 dərcə qızdırmayla imatahana girdim bu da istər-istəməz təsir etdi. Heç cür fokuslana bilmədim mətnlərə və bir çox sualı atdım, yekun nəticə 6 oldu. Amma inanın ki, bu section da practise'lə rahat artırıla bilər. Reading-də tələbələrin etdiyi ən böyük səhv bütün sual növlərinə eyni cür yanaşma tərzləri olmasıdır. Amma hər sual növünə fərqli yanaşmaq lazımdır. Bu barədə də çox danışmayım, çünki linkini verəcəyim 45 video dərslikdən ibarət "UDEMY Reading Course" sizə hərşeyi başa salacaq. Bu videolara baxa-baxa yavaş-yavaş başlayın yenə Cambride 5-dən ilk Reading testini etməyə. Bəlkə də hazırda bu postu görən IELTS "insturctor" və ya müəllim ya da hər kimsə deyəcəklər ki, birdən-birə Cambridge Readinginə başlamaq ağılsızlıqdı. Amma qorxmayın başlayın, böyük ehtimal ilk nəticəniz 10-15 və ya 20 aralığında birşeylər olacaq, amma qətiyyən ruhdan düşməyin və eyni tempdə davam etsəz zamanla mütləq artacaq. Tək o dediyim video kursdakı deyilənlərlə kifayətlənməyin, Youtube-da necə artırmaq olar barədə yetərincə videolar var. Onları da izləyin və ən əsası Simon var. Mənə görə dünyanın ən güclü və həqiqətən də "instructor" deyə biləcəyimiz IELTS dehası, onun blogunu izləyin blog 2011-dən var və hazırda çox qarışıqdır, amma mən sizinlə elə bir link paylaşmışam ki, orda siz onun bütün blog postlarını ardıcılıqqla görəcəksiniz, istəsəniz pdf kimi yükləyə də bilərsiz. Reading nəticənizi artırmaq üçün test işləməkdən əlavə edəcəyiniz şey isə elmi məqalələr və xəbərlər oxumaqdır. The New York Times, BBC və digər bu kimi xəbər portallarındakı bacardığınız qədər gündəlik sizi maraqlandıran xəbər və məqalələri oxuyun. Bu sizə mətnlə işləmə qabilliyətinizi və skiming and scaning bacarıqlarınızı artırmaqda köməklik edəcək.

Writing: Gəldik mənə və bir çox tələbəyə görə ən çətin və sizi qorxuya sala biləcək bir section-a. Çətin gəlməyinin birinci səbəbi Azərbaycan təhsil sistemidir, bizə məktəbdə o qədər teması "yay tətilinizi necə keçirdiniz"-dən o tərfə keçməyən inşa yazdırıblar ki, yaradıcılıq, fikir yürütmə, essay planı qurmaq qabiliyyətimiz "yayda kəndə nənəmgilə getdim və orda at mindim"-dən o tərəfə keçmir. Amma bu section-da da yardımınıza “Simon və Liz” çatacaq. Hər ikisinin ayrı ayrılıqda həm Task 1, həm də Task 2-nin fərqli sual növləri üçün vaxtı idarə etmə, plan qurma, mürəkəb cümlə qurma temalı həm pullu, həm pulsuz video dərslikləri var. Pullu olanların linkini paylaşmışam, pulsuz olanları özünüz Youtube və ya öz bloglarından tapa bilərsiz. Hər bir sual növünün öz videosuna baxdıqdan sonra o sual növünə uyğun bir sual tapın (həm Cambridge kitablarında var suallar, həm də Writing Task questions yazsaz Google-a yetərincə sual çıxacaq və burda Cambridge kitabından hazırlaşmağınız şərt deyil) və yavaş yavaş videoda izah edilən şəkildə essaylər yazmağa başlayın. Yenə bayaq Readingdə dediyim kimi Simonun blogunu izləyin ilk başdan Writing üçün olan link də var pdf faylda. Tələbələrin bəlkə də ən böyük problemi mövzu üzrə fikir qıtlığı yaşamasıdır, Simon-un "Ideas for IELTS topics" deyə bir kitabı var və bu kitabda IELTS Writing Task 2-də qarşınıza çıxa biləcək, demək olar bütün mövzular barədə fikirlər var və onları mütləq öyrənin kitabın linkini paylamışam. Eyni zamanda Simon-un band 9-luq həm task 1, həm də task 2 nümunələri var pdf kitab şəklində, onların da linkini paylaşmışam mütləq oxuyun o nümunələri və essaylərinizi o nümunələrə uyğun yazmağa çalışın. Bundan əlavə "Write Right" kitabı da var bu da yaxşı kitabdır gündəlik çox vaxt ayıra bilsəz buna da baxın. Sizə həm band 5, həm band 6, həm də band 7+ essay nümunələri verir və examiner şərh edir ki, nələrə görə bu essay az bal alıb, digəri çox. Bu kitabı da paylaşmışam.

Speaking:  Ümumiyyətlə tək ingilis yox, hər bir dildə danışıq qısa zamanda artırıla biləcək birşey deyil müəyyən zaman lazımdır, amma deyəcəklərimi etsəz qısa zamanda sırf IELTS üçün yaxşı nəticə göstərə bilərsiz. İlk öncə 42 video və 50 kiçik həcmli pdf kitabından ibarət "UDEMY Speaking Course"a baxın burda sizə section barədə ümumi məlumat veriləcək, nələri etsəz daha çox bal ala bilərsiz, tez-tez işlədə biləcəyiniz sinonimlər var və hansı ki, onları desəz balınız daha çox olar, müxtəlif mövzular üzrə balınızı artıracaq sözlər və s. var. Bunları etməyinə edin, amma bu sizə passiv kömək edəcək və aktiv şəkildə Speaking practise etmək üçün adından da göründüyü kimi danışmaq lazımdır. Kiminlə və nə haqqda danışmaq ? Yenə Simon-un Speaking üçün bir pdf kitabını paylaşmışam. Hər 3 part üçün nümunə suallar və band 9-luq cavablar var, sırf o cavabları əzbərləyin demirəm, onlara yaxın və özünüzə uyğunlaşdırmaq şərtiylə hər suala cavab hazırlayın və özünüzə bir speaking partner tapın (partner tapa biləcəyiniz saytları da paylaşmışam ən sonda) və hər gün öz aranızda bir saat müəyyən edin və əvvəlcədən bir neçə mövzular seçin ki, sabah danışanda bu mövzular haqqında danışın və sabaha hazırlıq görüb sample cavablar hazırlayın, danışanda çalışın səsli və ya görüntülü danışın, amma hazırladığınız cavablara baxmadan cavab verin. Yəni əzbərləməyin dərk edin ki, bu sual imtahanda düşsə nələr deyə bilərəm. Əgər kimləsə danışmağa kompleksiniz varsa bütün bu dediklərimi güzgünün qabağında səsli şəkildə edin. Mən speakingdən 7.5 almışam çünki həm hazırlıq dövründə, həm hazırlıqdan əvvəlki dövrlərdə xarici tələbələrlə ünsiyyətim çox olub, hazırda avqust ayının sonuna qədər boşam 100 % söz verməyim, amma bacardığım qədər və istəyən olsa qrupdan 1-2 nəfərə speaking partner ola bilərəm və gündəlik examiner rolunu oynamaq üçün heç bir təmənnasız və ödənişsiz.

Bu qədər uzun bir yazı oldu, amma çalışdığım qədər detallı və hərşeyi aydın şəkildə izah etməyə çalışdım. Ümid edirəm bu postla kimlərəsə faydam toxunar. Başda qeyd etdiyim kimi özünüzə inanın, iradəli olun, yolun yarısında ruhdan düşüb pes etmədən davam edin və inanın ki, sonda çəkdiyiniz əziyyətin bəhrəsini görəcəksiniz. Kənardan deyilənlərə də çox qulaq asmayın özünüzə bir yol seçin və o yolda öz doğrularınızla irəliləyin. İmtahana girməzdən əvvəl də unutmayın ki, digər imtahanlar kimi IELTS imtahanından da yaxşı nəticə göstərmək bir çox şeyin başlanğıcı olduğu kimi, pis nəticə göstərmək də heçnəyin sonu deyil. Uğur olsun hamınıza bu və digər imtahanlarda, eləcə də həyat yolunuzda. İstər ölkəmizdə, istərsə də ölkədən kənarda "Çörək dalıyca gedib əliboş qayıtmamağı" arzu edirəm bütün qrup üzvlərinə. Diqqətinizə və vaxtınızı ayrıb bu uzun postu oxuduğunuza görə hamınıza təşəkkür edirəm. Sonda onu deyim ki, bu postla bağlı və ya hazırlıq dönəmində kimə nə qaranlıq məqam qalsa istər commentə, istər facebook profilimə, istərsə də [email protected] adresimə yaza bilər, bacardığım qədər bütün sualları cavablamağa çalışacam.

Lazımı vəsaitlərin linklərini buradan əldə edə bilərsiniz. Pdf fayldakı Cambridge 1-13 kitablarının yükləmə linklərinə Google blok qoyub, yeni linklər bunlardır: 

1. Cambridge 1-12:   2. Cambridge 13:  

Bu arada əgər yükləmə zamanı problem yaşayırsınızsa, deməli siz Iphone istifadəçisiniz, yəni oliqarx həyat tərzi keçirirsiniz, siz gedin pul verin kitabları satışdan alın nəyinizə lazımdı pdf-lə falan uğraşıyorsunuz :D Zarafat bir yana, linki yerləşdirdiyimdən bəri cəmi 4-5 nəfər problem yaşayıb və hamısı da Iphone istifadəçisi, səbəbini bilmirəm niyə? çünki mənim hiç Iphone'um olmadı ki, bu cür problem yaşayanda da səbəbini araşdırıb tapım :D Ümumən onu deyim ki, bu vəsaitləri telefonla yükləməyə çalışmayın, istər Iphone, istərsə də digər markalı telefon sahibləri fərqi yoxdu, telefonla bu vəsaitləri yükləyib hazırlaşmaq çox çətin, hətta imkansız və yorucu olar, həm telefonunuza, həm də özünüzə yazıq etmiş olursunuz. Bütün vəsaitləri kompüterinizə yükləyin və rahat şəkildə ordan hazırlaşın, kompüterlə yükləmə zamanı linklərdə heç bir problem yaşamayacağınızdan əmin ola bilərsiniz. Yox, əgər kompüterim yoxdur deyirsinizsə, o zaman 1-2 həftəlik vəsaitlərinizi çıxartdırıb evdə hazır saxlayın, ordan hazırlaşın və məncə kitab almağa ehtiyac yoxdur. Deyək ki, siz qarşıdakı 2 həftə ərzində Cambridge 5 və 6 kitablarındakı Listening və Reading testlərini etməyi planlaşdırırsınız, telefonunuzda həmin testlərin hansı səhifələr aralığında olduğunu kənara bir yerə yazın və gedib o səhifələri çıxartdırın, Listening zamanı audio'lara isə həm verdiyim linklərdən yüklədiyiniz MP3 faylardan, həm də Youtube'da işlədiyiniz testin nömrəsini yazıb taparaq qulaq asa bilərsiniz.

 

 

Hazırladı: Shamil Abbasov