Amerikan yoxsa Britan tələffüzü

Seçimini et

Hər kəsə salam. Bu gün bu məqalədə sizə Amerikan və Britan tələffüzləri arasındakı fərqlərdən danışmaq istəyirəm. Bilirəm ki, bir çoxları hansını seçim və ya hansı daha yaxşıdır deyə qərar verməyə çətinlik çəkir. Bu gün isə bu problemi aradan qaldırmağa çalışacağıq.

 

İlk olaraq seçimimi necə etdiyim haqqında danışmaq istərdim. Çoxsaylı araşdırmalardan sonra hər ikisini öz üzərimdə yoxladım, həmçinin fərqli və oxşar cəhətlərini aşkar etdim. Ən maraqlı anlardan biri isə odur ki, bəzən seçimlərimizin xasiyyətimizdən asılı olaraq dəyişə biləcəyini öyrəndim.

 

İkinci bir tərəfdən sizin Britan tələffüzünün Amerikana nisbətən daha çətin olduğunu bilməyinizi istərdim. Britan tələffüzündə öyrənməli olduğunuz bir çox qayda vardır. Əlbəttə ki, Amerikan tələffüzündə də bir sıra qaydalar vardır, lakin onu öyrənmək daha asandır.

 

İndi isə bu iki tələffüz arasındakı fərqlərdən danışacam,  sonra isə siz, istədiyinizi, sizə daha çox uyğun olanı seçəcəksiniz və  mən inanıram ki, “hansı?” sualına da cavab tapa biləcəksiniz. 

 

Beləliklə, gəlin oxşarlıqlardan danışaq: 

1. Bir çox hallarda Amerikalılar və Britaniyalılar eyni sözlərdən istifadə edirlər, əlbəttə ki, fərqlər də var.

2. Bu dillərin kökləri eynidir.

3. Hər ikisi İngilis dilidir.

 

Gəldik əsas hissəyə, “hansı?” sualına cavab tapa bilmək üçün fərqlərdən danışaq:

1. Amerikan tələffüzü Britan tələffüzündən daha rahatdır və danışılması qədər, öyrənilməsi də asandır.

2. Amerikalılar “r” səsini işlətməyi sevirlər. 
Məsələn: 

Amerikanca: better [betər] 
Britanca: better [betə] 

3. Britaniyalılar azalan intonasiya istifadə edərkən, Amerikalılar artan intonasiya istifadə etməyə meyl edirlər.

 

Düşünürəm ki, mənim hansını istifadə etdiyim sizə maraqlıdır. Bu, Amerikan tələffüzüdür. Əgər siz də bu informasiyanı diqqətlə oxuyub anlasanız özünüzə ən uyğun olanı seçə biləcəksiniz. Əlbəttə ki, ingilis dilinin Avstraliya, Yeni Zellandiya və Kanada kimi tələffüzləri də vardır, amma mən ən çox yayılmış, tanınan və istifadə olunanlar haqqında yazmağı qərara aldım və yazdım. 

 

Ümid edirəm ki, bu informasiya sizin üçün yararlı oldu.