Söz öyrənməyin ən tez və ən səmərəli yolu

Müasir texnologiyaları tətbiq edərək həyatını asanlaşdır

Hər kəsin xarici dil öyrəndiyi zaman qarşılaşdığı çətinliklərdən ən böyüyü və ən önəmlisi sözləri öyrənmək olduğunu nəzərə alaraq bu haqda bir məqalə yazmaq qərarına gəldim. 6 dil bilən biri olaraq söz öyrənməyin nə qədər önəmli və bəzən asan olmadığını çox yaxşı anlayıram. Çox uzatmadan əsas mövzuya keçid edirəm. 

 

Bildiyimiz kimi söz öyrənməyin çoxlu üsulları var, amma əfsus ki, biz nə zaman bunların hər hansısa birinə başlasaq da sonacan gedə bilmirik. Səbəb? Çox sadədir. Qısa olaraq qeyd edim ki:

 

1. Planlı şəkildə etməməyimiz. 

 

2. İntizamsızlıq. 

 

3. Ən əsası isə, bizə daima motivasiya verəcək və bizimlə daima işləyə biləcək müəllimin olmamasıdır.

 

Bəs bunu necə həll edək? Fərdi şəkildə hazırlaşmaq və söz öyrənmək haqda bir çox məqalələrim var, amma bu dəfəki çox daha fərqlidir. Təsəvvür edin ki, 20 günə bir səviyyənin sözlərini, 2 aya isə bütün lazımlı sözləri öyrənmisiniz! Möhtəşəmdir, düzdü? Bəs necə edək?

 

Hazırladığımız bir sistem var, artıq yüzlərlə gənc bundan yararlanır və önə gedir. 
Bu sistemin bir çox üstünlükləri vardır:

 

1. Sizlə daim məşğul olan bir müəllim olacaq.

 

2. Zaman itirmədən tez müddətdə, keyfiyyətli şəkildə bütün lazımlı sözləri öyrənəcəksiniz. 

 

3. Ətrafınızdakı insanlardan hər zaman bir addım öndə olacaqsınız. 

 

Ps. Özüm də növbəti dilin sözlərini bu sistemlə öyrənəcəm. 

 

Sadəcə hər gün bir neçə dəqiqə ayırmaqla lazımlı sözləri öyrənəcəksiz və artıq cümlə quraraq danışmağa başlayacaqsınız. Ətraflı məlumat üçün isə engzam.com səhifəsinə daxil olaraq maraqlana bilərsiniz. 

 

Son olaraq deyim ki, heyif ki, bizim dövrümüzdə belə sistem yox idi və texnologiyalardan bu qədər səmərəli yararlana bilmirdik. Uğurlar hər kəsə!