İngilis dilində danışmağın üsulları

Əgər sən də "İngiliscə danışa bilmirəm və hətta ingiliscə danışığı öyrənə bilmirəm" deyənlərdənsənsə, o zaman bu blog tam da sənin üçündür.

Bilirəm ki, çoxlarınız asan danışıq yolları və ya sadəcə ingiliscə danışmağın yollarını axtarırsınız  və bilirəm ki, bu dili öyrənmək istəyənlər üçün bu, böyük problemə çevrilir. Beləliklə, bu problemi aradan qaldırmaq üçün buradayam.

Başladıq.

İlk öncə, həmişə dediyim kimi, ehtiyacınız olan ilk məsələ məqsədinizin olmasıdır, yəni demək istədiyim odur ki, məqsəd qoy, plan qur, onu izlə və nəticədə ona nail ol.  Sonunda "Bunu etdim" dediyinizdə məqsədlər qoyaraq onlara çatmağı dayandıra bilməyəcəksiniz.

İkinci bir məsələ isə özünüzə inanmağınızdır.

                                                             

 İndi isə sizlərə bu bacarığı (ingilis dilində danışmaq) inkişaf etdirmək üçün bir neçə faydalı məsləhət vermək istərdim:

1. Sözləri öyrənməkdən başlayın, sonra isə qrammatikanı öyrənin. Bir neçə müddətdən sonra (1-2 həftə) dil səviyyənizə uyğun olaraq səviyyə kitabı alaraq onu oxumağa başlayın (daha çox gündəlik istifadə olunan sözləri özündə cəmlədiyi və maraqlı olduğu, sizdə maraq oyatdığı üçün, səviyyə kitablarını, həmçinin komikslərlə də əvəz edə bilərsiniz). Beləcə, siz  cümlə quruluşunu öyrənmiş olacaq, bunun nəticəsində isə cümlələri necə qurmalı olduğunuzu, bununla yanaşı, yeni sözlər öyrənəcək və nəticə olaraq söz bazanızı da artıracaqsınız.

 

2. Əvvəlki bloglarda da qeyd etdiyim kimi, danışıq klublarında iştirak edin, yox əgər bu alınmırsa, sadəcə evdə monoloq şəklində danışın. Evdə bu dili bilən kimsə, dostunuz və ya tanışınız varsa vaxtınızın bir qismini onlarla bu dildə danışmağa ayırın, beləcə onlara da töhvə vermiş olacaqsınız.

 

3. Özünüzü ingilis dili ilə əhatə edin. Texnologiyalarınızın dilini (telefon, kompyuter, laptop və s.) ingilis dilinə çevirin. Bu dildə oxuyun, musiqi dinləyin, filmlərə, verlişlərə və sizin üçün faydalı, yararlı və maraqlı nə olsa baxın.

                                                                     

Əgər bu məqalə sizə maraqlı gəldisə və öyrənmək üçün yeni üsullar axtarırsınızsa, danışığı inkişaf etdirmək üçün 3 üsul adlı blogumuza da nəzər yetirə bilərsiniz.