Abitruiyentlər üçün reading məsləhətləri

Reading üçün 6 məsləhət

1. Başlayaq bu sual tipindən. 

May be an image of crossword puzzle and text that says "30. Write one adjective from the passage which characterizes "ceremonies""

 

 

 

 

 

Bu tipli sualı cavablaya bilmək üçün ipucu:

Sifətlər isimdən əvvəl, "to be" feili və hiss bildirən feillərdən sonra gəlir.
Məsələn:
1. She is a beautiful girl. (burada sifət isimdən əvvəl gəlib)
2. He is strong. (burada sifət "to be" felindən sonra gəlib)
3. I feel good. (burada isə sifər hiss bildirən "feel" felindən sonra gəlib) 



2. 2-ci tip sualları cavablandırmaq üçün ipucu


No photo description available.

Bu tip suallarda nə etmək lazımdır? 

Mətnlər nə haqda olduğunu tapa bilmək üçün sizə çox vaxt ilk 2-3 və son 1-2 cümlə bəs edir. Bunun əsas səbəbi odur ki istənilən mətnə giriş, yəni məzmunun nə haqda olacağını bildirən cümlələr, və sonluq, nə haqda oxuduğunuzu yekunlaşdıran cümlələr, verilir. Adətən ortada olan cümlələr detallardır. Siz isə giriş və sonluğa diqqət edərək mətnin nə haqda olduğunu daha tez tapa bilərsiniz.

3. 3-cü tip suallar üçün: 
No photo description available.

Bu tip sualları cavablaya bilməyiniz üçün ipucu:

Burada əsas məsələ daha çox variantda və ya mətndə bu variantla əlaqəli cümlənin tərkibindəki "contrasting conjunctions" (but, though, although və s. ), "quantifiers" (many, few, a little və s.), zaman bildirən sözlərə (now, yesterday, 2 days ago, tomorrow və s.), xüsusi sözlərə (Baku, Europe, Everest və s.) və sifətin dərəcələrinə (big, bigger, most beautiful və s.) fikir verməkdir.

4. 4-cü tip suallar üçün:
No photo description available.

Bu tip sualları cavablaya bilməyiniz üçün ipucu:

Əlbəttə ki belə testləri yaza bilmək üçün sözləri və izahını bilmək önəmlidir, amma izahı verilən sözün hansı nitq hissəsi olduğunu müəyyənləşdirərək həmin sözü tapa bilmək çox daha asan olur.

Məsələn:
Əgər izah artiklla (a, an və ya the) başlayıbsa bir çox halda bu söz isimdir
"To" hissəciyi ilə başlayıbsa çox zaman bu fel olacaq
"ing" (gerund) və ya "of" hissəciyi ilə başladıqda çox zaman bu sifətdir və s.

 

5. 5-ci tip suallar 

May be an image of text that says "27. Write answer to the question using different word(s) and different sentence structure. Why were spices very expensive?"

Bu tip sualları cavablaya bilməyiniz üçün ipucu:

1. Sualın hansı sual sözü ilə başladığına diqqət edin, bu zaman sualın sizdən nə istədiyini daha yaxşı anlayacaqsınız.
Məsələn:
Sual sözü "where" sizdən məkan, "why" səbəb, "how" tərz və s. istəyir

2. Sualın içindəki açar sözlərə diqqət edin və mətndə onu tapmağa çalışın, bu zaman mətni tam oxumayın sadəcə tez göz gəzdirin.
Məsələn:
Why were spices very expensive?
Bu sual sizdən səbəb istəyir, açar sözlər isə bunlardır: spices, very, expensive.
Bu sual sizdən səbəb istədiyi üçün mətndə "because" (çünki) sözünü də nəzərə alaraq onu da cümlədə axtarmaq sizə faydalı olacaqdır.

3. Öz sözlərinizlə yaza bilməsəniz, çalışın mətndəki cümləni tapın, onun quruluşunu dəyişin və içindəki sözləri sinonimləri ilə əvəz edin.

 

6. 6-cı tip suallar

No photo description available.

Bu tip sualları cavablaya bilməyiniz üçün ipucu:

1. Bu tip testlərdə ən önəmli məqam cümlənin hansı məqamda bitməsidir, daha izahlı desək hansı sözlə bitməsidir. Məhz bu meyar cümlənin ardının nə olacağını təyin edir.
2. Cümlə mübtəda ilə bitibsə (çox zaman isim) ondan sonra fel gələcək, bağlayıcı ilə bitibsə ondan sonra yeni cümlə (çox zaman mübtəda ilə) gələcək, so kimi özündən sonra sifət tələb edən sözlər varsa sifət gələcək, "to" hissəciyi və modal fellə bitibsə fel gələcək (fellə modal fel arasında zərf ola bilər)və s.
Qeyd:
Bu bənddəki qaydalar ümumidir və istisnalar hər zaman ola bilər.
3. Cümləni öz sözlərinizlə bitirə bilməsəniz mətndəki cümləni tapıb, onun quruluşunu dəyişin və içindəki sözləri sinonimləri ilə əvəz edin.