Listening suallarını yazmaq üçün 5 üsul

Bu yazı abituriyentlər üçün hazırlanmışdır

Dinləmədə ən önəmli məqam dinləmə mətnindən öncəki bir neçə dəqiqə ərzində bütün sualların üzərindən mütləq şəkildə keçməkdir. İkinci məqam isə hər sualda olan açar sözlərin altından xətt çəkməkdir. Lazım gələrsə və çox zamanınızı almazsa (hər şəxsin sürəti fərqlidir) bu açar sözlərin tərcüməsini də yazmaq yaxşı olar.

Açar sözlər nədri:
1. Vacibliyini hiss etdiyiniz və bildiyiniz hər bir söz
2. Əks məna verən sözlər
3. Zaman göstəriciləri
4. Birləşdiricilər
5. Sifətin dərəcələrini bildirən sözlər

Bu sizə nə verəcək?
1. Dinləmənin nə haqda olduğunu biləcəksiniz və beləcə işinizin 30 faizə qədərini etmiş olacaqsınız və proses boyu sizə çox daha rahat olacaq
2. Nələrə fikir vermək lazım olduğunu biləcəksiniz və nəticədə fikrinizi daha yaxşı toplaya biləcəksiniz
4. Çalışın ilk dinləmədən maksimum çox sual cavablayın ki 2-ci dəfə lazımdırsa həm dəqiqləşdirməyə, həm də tamamlamağa vaxtınız olsun
5. Testlərin ardıcıllığını bilməlisiniz ki, hansısa sualı cavablaya bilməsəniz üstündə qalmayaraq dərhal digərinə keçəsiniz. Yaza bilmədiyiniz suala ikinci dinləmədə qayıda bilərsiniz, amma bütün sualları və ardıcıllığı itirsəniz bu zaman ikinci dəfə daha çətin ola bilər. Ardıcıllığı itirməmək üçün hər sualın tərkibində olan bir açar sözü yəni önəmli olan sualın nə haqda olduğunu göstərən sözü dairəyə alın ki dinləmədə olan növbəti fikir gəldikdə hansı sualda bəhs edildiyini anlaya biləsiniz
6. Belə etdikdə siz digər şəxslərdən 1 addım daha öndə başlaməş olacaqsınız

Keçək ipuclarına
1. 1-ci növ suallar üçün

May be an image of text that says "1. The passage is mainly about.... A) the anatomy of the octopuses B) poisonous predators C) the intelligence of the octopuses D) the habitats of the octopuses E) the feeding habits of sea animals"

Bu tip sualları cavablaya bilməyiniz üçün ipucu:
Dinləmə başlayan anda bütün fikrinizi dinləmə mətninə yönləndirərək ilk 2-3 və son 1-2 cümləyə diqqət edin. Əsas məna giriş və son hissədə olduğu üçün mətnin nə haqda olduğunu daha tez anlamış olacaqsınız.
Qeyd:
Mətnin orta hissəsi çox zaman detallardan ibarət olduğu üçün burada keçən fikirlər sizi çaşdıra bilər, bu səbəbdən bütün diqqətinizi dinləməyə yönləndirin və qeyd etdiyim kimi ilk və son cümlələri daha çox önəmsəyin.

2. 2-ci növ suallar üçün ipucu

No photo description available.

Bu tip sualları cavablaya bilməyiniz üçün ipucu:

Burada əsas diqqət etməli olduğunuz məqam:
1. "contrasting conjunctions" (but, though, although, however və s.)
2. "quantifiers" (many, few, a little və s.)
3. zaman bildirən sözlər (now, yesterday, 2 days ago, tomorrow və s.),
4. xüsusi sözlər (Baku, Europe, Everest və s.)
5. sifətin dərəcələri (big, bigger, most beautiful və s.)

qeyd olunanları dinləmədən öncə variantlara bir-bir baxıb altdaan xətt çəkərək, həmin variantdakı cümləni tez bir şəkildə gözdən keçirib anlamaq. Əmin olun ki belə etdiyiniz təqdirdə dinləmədə sizə daha asan olacaq və həmin an gözünüz bu işarələrə (etdiyiniz qeydlərə) rastlyacaq

3. 3-cü növ suallar üçün ipucu

No photo description available.

Bu tip sualları cavablaya bilməyiniz üçün ipucu:

Bunun izahı üçün öncə nümunə çəkəcəm.
Sual: What color are the dolphins mentioned in the text?
Dinləmə mətnindəki ifadə: Dolphins generally are blue-colored, but the species we're talking about are specifically gray.
Cavab: gray

Burada əsas məsələ yenə də açar sözlərə fikir verməkdir. Bunlardan ən çox yayəlanı "but" əks məna verən bağlayıcısıdır. Burada ilk eşidilən və bizim ağlımızda qalan rəng "blue" olsa da, sualda mətndə qeyd olunan rəngi soruşur, cavabda isə çaşdırıcı olsun deyə hər iki rəng verilir. Diqqət etməli olduğunuz məsələ məhz "but" ifadəsidir.

Nəticə:
1. Dinləməzdən öncə hər variantda olan bir ən önəmli sözü dairəyə alın ki həmin variantın məğzini o sözü baxaraq tez xatırlayasınız, ,çünki dinləmə ilə paralel oxusanız fikir ardıcıllığını itirmiş olacaqsınız ki, bu ən önəmli məqamlardandır.
2. Dinləyərkən səbirli olun
3. Öz bilgilərimnzə dayanaraq cavab verməyin, mətndə nə deyilirsə doğru olan odur
4. "Contrusting" yəni əks məna verən sözlərə diqqət edin. (məsələn: but, though, although, however və s.)

4. 4-cü növ suallar üçün ipucu

May be a doodle of crossword puzzle and text that says "4. Write the answer to the question according to the passage. When do octopuses break one of their arms?"

Bu tip sualları cavablaya bilməyiniz üçün ipucu:

1. Sualınız sizdən nə istədiyini anlayın, bunun üçün sual sözə baxa bilərsiniz. Məsələn, burada "when" zaman bildirir, deməli dinləmədə diqqət etməli olduğunuz söz zaman bildirən söz olacaq.
2. Dinləmədən öncə önəmli hesab etdiyiniz bütün sözləri, o cümlədən açar sözləri, qeyd edin (dairəyə alın, altından xətt çəkin və s.)
3. Sözlərin və ya cümlənin sizdən nə soruşduğunu qısa olaraq tərcümə edib yanında yaza bilırsiniz, çünki ana dilinizdə anlamaq hər zaman dah arahatdır
4. Dinləmə mətnindəki "contrasting conjunctions"-lara (but, though, although, however və s.) diqqət edin
5. Səbrli olun, fikir tamamlandıqdan və cavabdan əmin olduqdan sonra cavabı qeyd edin

 

5. 5-ci növ suallar üçün ipucular

No photo description available.

Bu tip sualları cavablaya bilməyiniz üçün ipucu:

1. Bu tip testlərdə ən önəmli məqam cümlənin hansı məqamda bitməsidir, daha izahlı desək hansı sözlə bitməsidir. Məhz bu meyar cümlənin ardının nə olacğını təyin edir.
2. Cümlə mübtəda ilə bitibsə (çox zaman isim) ondan sonra fel gələcək, bağlayıcı ilə bitibsə ondan sonra yeni cümlə (çox zaman mübtəda ilə) gələcək, so kimi özündən sonra sifət tələb edən sözlər varsa sifət gələcək, "to" hissəciyi və modal fellə bitibsə fel gələcək (fellə modal fel arasında zərf ola bilər)və s.
Qeyd:
Bu bənddəki qaydalar ümumidir və istisnalar hər zaman ola bilər.
3. Cümləni öz sözlərinizlə bitirə bilməsəniz dinləmə mətnindəki cümləni qeyd etməyə və onun quruluşunu dəyişərək içindəki sözləri sinonimləri ilə əvəz etməyə çalışın.

Məsələn:
Bu nüminədəki cümlə modal fellə bitib, deməli ondan sonra fel gələcək.
When an octopus is under attack, it can quickly swim away.
When an octopus is under attack, it can swim away.
When an octopus is under attack, it can hide.

Qeyd:
Cümlələrin tamamı nümunə üçün yazılıb.