5 hərfdən ibarət məşhur sertifikat

IELTS Nədir və necə əldə oluna bilər?

Hamımızın bildiyi kimi, ingilis dili dövrümüzdə çox önəmli olmuşdur. Bunun üçün bir neçə səbəb vardır. İlk öncə ingilis dili beynəlxalq dildir, demək olar ki, bütün şirkət və müəssisələr bu dili öz işçilərindən və onlara müraciət edən şəxslərdən tələb edir. İkincisi, inkişaf etmək və xarici ölkələrdə təhsil ala bilmək üçün ingilis dili önəmlidir, çünki dünyanın bir çox universiteti bu dili tələb edir. Son olaraq isə, əgər inkişaf etmiş xarici ölkələrin birində yaşamaq istəyirsinizsə ingilis dilini öyrənməyinizə ehtiyac var. 

Yaxşı, bəs bunu necə edim? Cavab sadədir, sadəcə çox çalış və IELTS'ini əldə et. Diqqətinizi mövzumuza çəkərək , IELTS'in nə olduğunu, necə əldə oluna biləcəyi və hansı qapıları aça biləcəyi haqqında məlumat vermək istərdim.

 

IELTS beynəlxalq sertifikatdır və onu bu qədər güvənli və etibarlı edən isə yoxlama mərhələsinin və imtahanın özünün tamamilə şəffaf keçirilməsidir. Digər səbəb isə odur ki, o, sizi 4 fərqli bölmə üzrə dərindən yoxlayır. Amma unutmayın ki, IELTS sizə ingilis dilini öyrətmir, o, sizin dili hansı səviyyədə və necə bildiyinizi yoxlayır və göstərir. IELTS bütövlükdə bacarıqlar, bilik və strategiyalar haqqındadır, buna görə də imtahan verməzdən öncə əmin olun ki, siz ən azı yaxşı "intermediate" (ingilin dilinin 4cü səviyyəsi (level'i)) səviyyəsindəsiniz.  

Bəs onu necə əldə edək? Bu çox asandır. İlk olaraq, ehtiyacınız olan, ən azı "intermediate" səviyyəsində olmağınızdır. Sonra isə, təxminən 3 ay müddətə ehtiyac var ki, siz məqsədiniz olan xalı yığa biləsiniz. 

Təsəvvür edin ki, IELTS'inizi əldə etdiniz, bəs sonra nə? Əlbətdə, bu sertifikatı aldıqdan sonra, o qədər imkanlarınız olacaq ki, bunu təsəvvür belə edə bilməzdiniz. Gəlin onları sıralayaq:

1. İş imkanları

2. Xaricdə təhsil 

3. Xaricdə yaşamaq imkanı

4. Yüksək məvacibi olan iş

 

Son olaraq isə, demək istəyirəm ki, müəlliminizi seçərkən ehtiyatlı olmalısınız. İlk olaraq, bu qəribə görünsə də, amma sizi öyrədəcək olan insan həvəsli və motivasiyalı olmalı və yalnız gəliri barədə deyil, həmçinin nəticə barədə də düşünən olmalıdır, çünki məlumdur ki, IELTS tədris edəcək müəllim artıq ixtisaslaşmış biridir, buna görə də ilk diqqət yetirməli olduğunuz məqam məhz yuxarıda sadaladıqlarımdır. İkinci bir tərəfdən isə, vərdiş (praktika) sizi daha yaxşı edir, belə ki, bunun üçün ən çox çalışmalı olan insan məhz SİZsiniz. Çox arzuladığınız nəyəsə çata bilmək üçün, nə olur olsun, istənilən əziyyətdən keçərək bunu əldə etməyi bacarmalısınız.