"Təşkilati Komanda-3" seçimləri başladı!

Zənnimizcə, ən böyük problemlərimizdən biri özümüzdəki qabiliyyəti üzə çıxarmaqdır. Bəs "təşkilatçılıq və idarəetmə" bacarığını necə? üzə çıxarmağa nə deyirsən?

Xülasə, Stepbystep English olaraq tezliklə 3-cü mərhələyə start verəcəyik. Bu mərhələdə bizimlə bir komandada olmaq istəyən komanda yoldaşı axtarırıq.

Həm təşkil edib, həm öyrənmək çox əyləncəli olacaq!

Layihəyə qoşulmaqla əldə edəcəklərin:

1.Layihə yazmağı öyrənmək

2.Komandada işləmək bacarığı

3.Yeni dostlar

4.Vaxtını düzgün idarə etmək

5.Araşdırma və düşünmə bacarığı

6.İdarəçilik qabiliyyətləri

7.İş adamları və şirkətlərlə əlaqələr 

8.Müxtəlif təlimlərdən yararlanmaq imkanı
 

Komandamızda görüləcək işlər üçün gün ərzində 2 saat zaman ayırmağınız kifayətdir. 

Seçimlər 2 mərhələdən ibarətdir: 

1. Formdakı məlumatların uyğunluğu

2. Veriləcək tapşırığı yerinə yetirmə mərhələsi

Nəzərdə saxla ki, layihəmizə qoşulmaqla ciddi sistemli idarəetmənin bir hissəsi olacaqsan, ona görə də əgər məqsədli, məsuliyyətli və özgüvənli birisənsə qoşul. 

Səninlə daha maraqlı, daha uğurlu ola bilər, fikirlərinə ehtiyacımız var!

Qeydiyyatdan keçmək üçün buraya click edin.