English Factory layihəsi başlayır.

English Factory layihəsi ilə bütün ingilis dili müəllimlərinin faydalı paylaşımları bir mənbəyə toplanacaq.

English Factory layihəsi ingilis dili öyrənməklə bağlı blog yazan, müxtəlif paylaşımlar edən, mənbələr paylaşan, videolar çəkən, qruplar açan şəxsləri və onların materiallarını vahid mənbəyə toplamaq və bütün gənclərin faydalanması üçündür. 
 

Onlarla ingilis dili müəllimindən toplanmış yüzlərlə material 23 may tarixindən etibarən Facebookda Self Study English, telegramda English Factory qrupunda paylaşılacaq. Paylaşımların bir qismini,  həmçinin,  Facebook və İnstagramda #EnglishFactory haştaqları ilə də izləyə bilərsiniz. 
 

English Factory layihəsi bir Stepbystep English məhsuludur və bu layihə sayəsində artıq vahid bir mənbədən ingilis dili ilə bağlı bütün materialları əldə edə biləcəksiniz.