Stepbystep English UNEC-də

Bugünkü təlimimiz İqtisad Universitetində baş tutdu

Təlimdə tələbələrə ingilis dilini heç bir kursa getmədən, gün ərzində bir neçə saat ayıraraq, yol xərci və çox böyük məbləğ ayırmadan, maraqlı üsullar tətbiq edərək öyrənməyin yolları barədə ətraflı məlumat verildi. Tədbirin gedişatında tələbələrlə maraqlı intellektual oyun keçirildi, sonda müsabiqə nəticəsində qalib gələn şəxs kiçik bir hədiyyə ilə mükafatlandırıldı. 

Təlim Stepbystep English platformasının və Gossip Time conversation metodunun yaradıcısı Leyla Abdiyeva tərəfindən keçirilmişdir. 

Təşkilatçılıq üçün isə İqtisad Universitetinin 1-ci kurs tələbəsi Nərgiz Zeynallıya təşəkkür edirik. 

Növbəti təlimlərdə görüşmək ümidi ilə.