Stepbystep English-də ilk online conversation

24 mart tarixində telegram qrupumuzda layihəmizin ilk online conversation-ı keçirildi.

Fevral ayından başlayaraq davamlı təlimlər keçirəcəyimizi nəzərdə tutsaq da məlum virus səbəbilə canlı təlimlərimiz, conversation-larımız və digər fəaliyyətlərimiz təxirə düşməli oldu.
Biz də vəziyyəti dəyərləndirib conversation və ingilis dilində keçirəcəyimiz müxtəlif oyunları telegram qrupu üzərindən etməyi qərara aldıq və söz bazasını, cümlə qurmaq bacarığını və eləcə də digər bacarıqları artırmaq üçün bu istiqamətdə müxtəlif inkişaf fəaliyyətlərini özündə birləşdirən və 24 mart tarixindən fəaliyyətə başlayan "Online conversations and games" layihəmizə start verdik və telegram qrupumuzu yaratdıq.
Layihəmiz ilk online conversation'un keçirilməsi ilə fəaliyyətinə başladı. Conversation-da qrup üzvlərimizlə birlikdə "Problems" mövzusu əsasında müzakirlər etdik.

 

Layihəmizin növbəti fəaliyyəti maraqlı bir online oyun keçirməklə söz bazasını gücləndirmək olacaq. 
Qeyd edək ki, qrupda iştirakçı sayı limitli olur, müəyyən limitə çatdıqda qrupa qəbul dayandırılır, əgər
qoşulmaq üçün buraya click etdiyiniz vaxt qrup açılmasa demək ki artıq iştirakçı qəbulu dayandırılmışdır, yox qrupa qoşulsa demək hələ də yer var və siz qrupa qoşula bilərsiniz. 
Stepbystep English gənclərin ingilis dilini təkmilləşdirməsi üçün nəzərdə tutulmuş platformadır, siz də növbəti layihələrimizdən faydalanmaq və digər xəbərlərlə bağlı məlumatlı olmaq istəyirsinizsə  sosial şəbəkə hesablarımızdan bizi izləyə bilərsiniz, daha ətraflı məlumatı haqqımızda bölməsindən ala bilərsiniz